Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə ”20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir” adlı anım tədbiri keçirilib

17.01.2025

17 yanvar 2025-ci il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və rayon Mədəniyyət müəssisələrinin birgə iştirakı ilə 20  Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq "20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir" adlı anım tədbiri keçirilib. Öncə faciədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Heydər Əliyev Mərkəzinin  direktoru Pərviz Bayramov çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın yaddaşına əbədi həkk olunduğunu, doğma vətənimizin azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutaraq canından keçən qəhrəman Azərbaycan övladlarının xatirəsinin qəlbimizdə daim yaşadığını bildirib. Faciənin bəşər tarixinə insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri olduğunu qeyd edib.
Sonda mövzu ətrafında MİHİ Gədəbəy rayon komitəsinin sədri Sona Verdiyeva və Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Afət Bağırova da   çıxış ediblər.