17.01.2025
17 yanvar 2025 ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanasında 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq “Xalqın azadlığını, şərəf və ləyaqətini ucaldan tarix” adlı məruzə kecirib, videocarx numayiş etdirilib.
İlk öncə kitabxana əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib, əbədi məşəlin önunə gül dəstələri qoyublar. Mərkəzi kitabxananın oxu zalında tələbə və fəal oxucuların iştirakı ilə davam edən anım tədbirində torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban verən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. MKS-nin direktor v.i.e. Sevil Cəfərova XX əsr tarixinə insanlığa, bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisəsinin baş vermə səbəbləri haqqında ətralı məlumat verərək Ulu öndər Heydər Əliyevin “20 Yanvar Şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Bizim milli sərvətimizdir, milli iftixarımızdır” kimi qiymətli fikirlərini tədbir iştirakcılarının nəzərinə çatdırıb.
“Azərbaycan xalqının milli müstəqillik mübarizəsinin başlanğıcı” adlı məruzə ilə çıxış edən şöbə müdiri Bəsdi Məmmədova qeyd edib ki, 1990- cı ilin yanvarında, əsrimizin sonuna yaxın baş vermiş hadisələr Azərbaycan xalqının artıq milli oyanış, öz mənliyini sübut etmək, milli azadlıq hisslərini aşkara çıxarmaq, büruzə vermək mərhələsi idi. Sonda iştirakçılar “Xalqın Azadlığını, Şərəf və Ləyaqətini Ucaldan Tarix”adlı videocarxı izləyib, eyni adlı sərgidəki materiallarla yaxından tanış olublar.