Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq ”20 Yanvar - Azərbaycan xalqının qanlı və şanlı tarixi” adlı tədbir keçirilib

16.01.2025

16 yanvar 2025-ci il tarixdə Ağstafa rayon Tarix Diyarşünaslıq Muzeyi, Hüseyn Arif Ev Muzeyi və Ağstafa Gənclər evi birlikdə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar olaraq "20 Yanvar - Azərbaycan xalqının qanlı və şanlı tarixi" adlı tədbir keçirilib. İlk öncə torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 20 Yanvar faciəsindən 35 il keçsə də xalqımızın qanlı, lakin Azərbaycan tarixinə fəxarətlə yazılmış, həmin gecə həlak olmuş yüzlərcə günahsız qurbanların əziz xatirəsinin hər zaman yad ediləcəyi bildirildi. Eyni zamanda 16,17 yanvar tarixlərdə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar rayon və kənd məktəblilərinin muzeyə ekskursiyaları təşkil edildi.