16.01.2025
16 yanvar 2025-ci il tarixində Şəmkir şəhər Uşaq Musiqi Məktəbində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Azadlığa Aparan Yol” adlı tədbir keçirilib. İlk olaraq məktəbin müəllim kollektivi Şəhidlər xiyabanını ziyarət edib və abidə kompleksinin önünə gül dəstələri qoyaraq bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə 1990-cı il 20 Yanvar hadisələri zamanı şəhid olan qəhrəmanlarımızın xatirəsi anılıb, onların Azərbaycanın azadlığı uğrunda göstərdiyi misilsiz qəhrəmanlıq xüsusi vurğulanıb.
Tədbir məktəbin şagird və müəllim heyəti tərəfindən hazırlanmış musiqi nömrəsi və şeir kompozisiyası ilə dəvam edib. Eyni zamanda, iştirakçılar şəhidlərimizin xatirəsini yad edərək, onların qoyduğu milli irsin əhəmiyyətini bir daha vurğulayıblar.