16.01.2025
16 yanvar 2025-ci il tarixində Qazax Rayon M.P.Vaqif və M.V.Vidadinin Xatirə Muzeyində 20 Yanvar faciəsinin 35-ci il dönümü ilə əlaqədar, Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin şagirdlərinin iştirakı ilə "20 Yanvar- Zəfərə aparan yol" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Məhruzə Hüseynova 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terrordan bəhs edib və faciədən bir gün sonra, 21 yanvar 1990-cı il tarixdə Ümummilli liderimiz Heydər Əliyev ailə üzvləri ilə böyük cəsarət və xalqına bağlılıq hissi ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. Ulu Öndərin tövsiyəsi ilə 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini qeyd edib.
Daha sonra 5a sinifinin rəhbəri Aygün müəllimə çıxış edərək öz fikirlərini bildirmişdir. Uşaqlar 20 yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyərək çıxış ediblər. Daha sonra muzey əməkdaşları 2 saylı bağçanın uşaqlarının və müəllimlərinin iştirakı ilə Şəhidlər Xiyabanını ziyarət ediblər və əbədi məşəl kompleksi önünə gül dəstələri qoyublar.