15.01.2025
15 yanvar 2025-ci il tarixində Qazax rayon MKS-nin əməkdaşları 2023-cü ilin 19-20 sentyabr tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə yüksələn gizir Əhmədov Elvin Qələndər oğlunun doğum günü ilə əlaqədar məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.
Prezident İlham Əliyevin imzaladığı 7 noyabr 2023-cü il tarixli sərəncamı ilə gizir Elvin Qələndər oğlu Əhmədov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, sücaət və mərdlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və ”Vətən uğrunda” medalı ilə təltif edilmişdir. Qazax şəhərində küçələrdən birinə Elvin Əhmədovun adı verilib.