14.01.2025
14 yanvar 2025-ci il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası oxu zalında Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Sərəncamın icrası ilə əlaqədar olaraq “Sənin Konstitusiyan sənin hüququndur” adlı məruzə keçirib. Tədbirdə tələbələr, fəal oxucular, kitabxana əməkdaşları iştirak edib.
İlk öncə direktor v.i.e. Sevil Cəfərova çıxış edərək bildirib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu, 2025-ci ildə Konstitusiyamızın qəbil edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar Azərbaycan Respubikasının Prezident İlham Əliyev 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqnda sərəncam imzalamışdır. Oxuculara Xidmət Şöbəsinin müdiri Bəsdi Məmmədova çıxışında əlavə olaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyev yolu ilə inamla və uğurla inkişaf edən dövlətimiz Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük lokal xarakterli antiterror əməliyyatında möhtəşəm qələbələr qazanaraq öz ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olub. Kitabxananın əməkdaşı “Sənin Konstitusiyan sənin hüququndur” adlı məruzə ilə çıxışında tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, mərhumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyini vurğulayıb. Çıxış edənlər qeyd ediblər ki, bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Sonda “Konstitusiya və Suverenlik İli” adlı sərgiyə baxış keçirilib.