28.12.2024
28 dekabr 2024-cü il tarixində Tovuz rayon Mərkəzi kitabxanası 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə "Həmrəyliyimiz birliyimizdir" mövzusunda tədbir təşkil edib.
Tədbirdə çıxış edənlər ilk öncə bütün dünya Azərbaycanlılarını bu gün münasibəti ilə təbrik ediblər. Sonra 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və mahiyyəti barədə ətraflı məlumat verilib və bildirilib ki, azərbaycançılıq idealogiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimayyətə obyektiv şəkildə çatdırılmasına tohfə verməyi özünə mənəvi borc sayır.