20.12.2024
20 dekabr 2024-cü il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası oxu zalında Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü ilə əlaqədar olaraq “İnsan Alverinə Qarşı Mübarizə Azərbaycan dövlətinin, ictimaiyyətinin daim diqqətindədir” adlı dəyirmi masa keçirib. Tədbirdə tələbələr və fəal oxucular iştirak ediblər. Oxuculara Xidmət şöbəsinin Oxu zalının müdiri Aygün Muradova qeyd edib ki, insan alveri insanlığa qarşı bir cinayətdir, məcburi əmək, cinsi istismar, köləlik, aslılıq vəziyyəti, insan orqanlarının qanunsuz çıxarılması, qanunsuz fəaliyyətə cəlb etmək insan alveridir.
Mövzu ətrafında çıxış edənlər bildiriblər ki, insan alveri faktoru həm Azərbaycan dövlətini, həm də Azərbaycan ictimaiyyətini ciddi narahat edir. Odur ki, dövlət və ictimaiyyət, ictimai qurumlar səviyyəsində insan alverinin aradan qaldırılması üçün məqsədyönlü işlər görür. Bildirilib ki, hər kəs İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin 152 qaynar xəttini bilməlidir.