11.12.2024
Tovuzda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda toplantı keçirilib.
11 dekabr 2024-cü il tarixdə Tovuz Dövlət Peşə Təhsil Mərkəzində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin və Qazax-Tovuz Regional Mədəniyyət idarəsi Aşıq Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə ''Heydər Əliyev və Azərbaycan gəncliyi " mövzusunda toplantı keçirilib.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nicat Göyüşov açaraq müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin Azərbaycanın tarixindəki əvəzsiz rolu və misilsiz xidmətləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Yaşar Orucov, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Sərxan Musayev, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin direktoru vəzifəsini icra edən Əminə Mirzəyeva çıxış edərək bildiriblər ki, bu gün ölkəmizdə möhkəm təməllər üzərində həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan həmin siyasət cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir və bu istiqamətdə ciddi nailiyyətlərə imza atılır.
Tədbirin sonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.