Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasında “Yaşıl Dünya Naminə Rəqəmsal İncəsənət” Rəsm Müsabiqəsi layihəsinin açılış tədbiri keçirilib

21.11.2024

21 noyabr 2024-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasında Təhsildə İnkişaf Və İnnovasiyalar Üzrə VIII Qrant Müsabiqədə qalib olmuş “Yaşıl Dünya Naminə Rəqəmsal İncəsənət” Rəsm Müsabiqəsi layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə UASB rəsm komitəsinin sədri, Orta Asiya və Azərbaycan Təmsilçisi, Sülh rəssamı Nəvai Mətin, Peşəkar Rəssam, müsabiqənin münsiflər heyyətinin üzvü Ehtiram Xəlilov, Ağstafa Dövlət Rəsm Qalereyasının direktor əvəzi, müsabiqənin münsiflər heyyətinin üzvü Oruc Mansırov, Ekolgiya üzrə mütəxəssis Ramilə Əhmədova, layihə rəhbəri Həbibə Ələkbərova, Poylu kənd tam orta məktəbinin direktoru Xatirə Həsənova, təsviri incəsənət müəllimləri  və xüsusi istedadlı şagirdlər iştirak ediblər.  Açılış tədbirində  müsabiqədə iştirak üçün qeydiyyat qaydaları və şərtlər haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, 4 ay davam edəcək layihədə 7-18 yaş aralığında uşaq və yeniyetmələr iştirak edəcək. Layihə çərçivəsində ekoloji məlumatlandırma, rəqəmsal incəsənət alətlərinin təqdimatı və istifadə üsulları mövzusunda həftədə bir dəfə olmaqla 1 ay davam edən təlimlər keçiriləcək. Layihənin məqsədi orta məktəb şagirdləri arasında  ətraf mühit haqqında məlumatlılığı inkişaf etdirmək, rəqəmsal və ənənəvi rəsmlər vasitəsi ilə yaşıl dünyaya təhsilin tərəflərinin diqqətini çəkməkdir.