Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”Vətənim millətlər beşiyidir” adlı tədbir keçirilib

16.11.2024

Noyabrın 16-da Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayon üzrə Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə 16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə bağlı "Vətənim millətlər beşiyidir" adlı tədbir Tovuz rayon Tarix- Diyarşünaslıq Muzeyində təşkil olunub. Tədbirdə çıxış edənlər bildiriblər ki, ölkəmiz əsrlər boyu ərazisində mövcud olan bütün dinlərə, mədəniyyətlərə hörmətlə yanaşıb. Ölkəmizdə mövcud olan yüksək multikurtural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi buna misaldır. Daha sonra qeyd ediblər ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.