12.11.2024
12 noyabr 2024-cü il tarixində "12 noyabr-Konstitusiya Günü" ilə əlaqədar Gədəbəy rayon Mədəniyyət Mərkəzinin və Gədəbəy rayon MKS-nin birgə təşkilatçılığı ilə dəyirmi masa təşkil edilib.
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Xalqımızın düşmən üzərində Möhtəşəm Zəfəri sayəsində artıq dördüncü ildir ki, 12 noyabr Konstitusiya Günü ölkəmizin hər bir vətəndaşı tərəfindən daha sevinclə, qürurla və iftixar hissi ilə qeyd edilir.