04.10.2024
4 oktyabr 2024 cü il tarixində Qazax şəhər 2 nömrəli uşaq musiqi məktəbi, Müstəqil Həmkarlar ittifaqının dəstəyi ilə 5 oktyabr Beynəlxalq müəllimlər günü münasibətilə tədbir keçirdi. Tədbirdə ilk öncə məktəbin tədris hissə müdiri Xoşqədəm Əliyeva çıxış edərək müəllimləri təbrik etdi və işlərində müvəffəqiyyətlər arzuladı. Daha sonra tədbir şagirdlərin hazırladığı konsert proqramı ilə davam etdi.