Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi kitabxanası “Kövrək qəlbli Ahıllara hörmət milli dəyərlərimizdəndir” adlı görüş təşkil edib

01.10.2024

1 oktyabr 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi kitabxanası  1 oktyabr - Beynəlxalq Ahıllar Gününə həsr olunmuş “Kövrək qəlbli Ahıllara hörmət milli dəyərlərimizdəndir” adlı görüş təşkil edib.
Qazax rayon Müharibə və Əmək Veteranlarının istirahət mərkəzində təşkil olunan görüşdə bir qrup ahıllara kitabxana xidməti göstərilib. İçərisində ziyalı, idman ustası olan ahıllarla səmimi söhbət zamanı onların zəngin həyat təcrübələri, ölkəmiz üçün göstərdikləri xidmətləri, bu günki suveren dövlətin yaranmasında az da olsa payları olduğu haqqında söz açılıb, zövqlərinə uyğun kitablar təqdim olunub. 
Sərvəti həyat təcrübəsi olan, dili alqışlı Ahıllarımız yurdumuza əmin-amanlıq, dövlətimizə, əməlləri ilə Zəfər yazan Prezidentimizə tutduğu yolda uğurlar,  gənclərimizə yüksək vətənpərvərlik, bol ruzili ömür arzulayıblar. Onlara göstərilən dövlət qayğısından  razı olduqlarını, onları yad edib,  ruhlarını oxşayan mütaliə ilə xidmət etdiklərinə  görə zərif peşə sahibləri olan kitabxana əməkdaşlarına  xüsusi minnətdarlıqlarını bildiriblər.