Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Ahıllar Günü münasibətilə ”Ahıllıq ömrün gözəl çağıdır” adlı tədbir keçirilib

01.10.2024

Qazaxda Ahıllar günü qeyd edildi. 
01 oktyabr 2024-cü il tarixində Qazax rayon Mədəniyyət Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsi, Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Ahıllar gününə həsr olunmuş "Ahıllıq ömrün gözəl çağıdır"adlı tədbir keçirilib.
Tədbirdən əvvəl Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə MİHİ Qazax rayon Komitəsinin sədri, Əməkdar mədəniyyət işçisi İsgəndər Qurbanov açaraq Ahıllar Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, təqaüddə olan ahıl insanlara dövlət başçısı cənab İlham Əliyevin və hökumətimizin göstərdiyi hörmət və qayğıdan danışıb, bu işdə Həmkarlar İttifaqı təşkilatlarının rolunun da olduğunu qeyd edib.
Sonra Mədəniyyət Mərkəzinin və MKS-nin direktorları Z. Həsənova, F.Xuduyeva, kitabxananın şöbə müdiri F. Hüseynova tədbirə dəvət olunmuş, təqaüddə olan mədəniyyət işçiləri haqqında, fəaliyyətlərində onların iş təcrübələrindən istifadə etdiklərindən danışıblar. 
Təqaüdçülərdən S.Babanlı, N.Qurbanov, C.Qurbanov, T.Əliyev, S.Muradova, P.Məmmədova, G.Həsənova, Ə. Mehralıyeva, Z.İsmayılova və şair C.Rüstəm keçmiş xatirələrindən danışıb, şeirlər söylədilər və tədbirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər.
Tədbir çay süfrəsi arxasında davam etdi.
Mədəniyyət Mərkəzinin metodisti M.Məfrubə yazıçı V.Babanlının ahıllara zarafatyana yazdığı "Günah güzgüdəymiş" adlı şeirini səsləndirdi.