Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Əsərləri dövlət varidatı olan Şair” adlı tədbir keçirilib

12.09.2024

12 Sentyabr 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında görkəmli Azərbaycan şairi Qasım bəy Zakirin anadan olmasının 240 illiyi münasibəti ilə “Əsərləri dövlət varidatı olan Şair” adlı tədbir keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib. MKS-nin direktor v.m.i.e. Sevil Cəfərova görkəmli Azərbaycan şairi Qasım bəy Zakirin XIX əsr Azərbaycan realist poeziyasının yaradıcılarından olması, onun ədəbiyyatımızın qızıl fonduna daxil olmuş ədəbi irsi, əsərləri haqqında ətraflı məlumat verib. Oxuculara xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova Qasım bəy Zakirin həyatındaAzərbaycan bədii və ictimai fikrinin qabaqcıl ənənələri, yaşadığı dövrün ictimai-siyasi hadisələri ilə barışmazlığı, ədalətsiz hökmlər, mənəvi əzablar və bunlardan yaranan ədəbi irsi haqqında məlumat verib.
Çıxış edən oxucular Şairin şeirlərindən nümunələr söyləyiblər. Qeyd ediblər ki, öz ilhamını yaşadığı həyatdan, gördüyü canlı insanlardan, doğulub-böyüdüyü milli zəmindən alan lirikası oxucuya sanki XIX əsr Azərbaycan həyatını öyrədir, incə zövq, gözəl hisslər tərbiyə edir.
Oxucular Qasım bəy Zakirin 240 illiyinə həsr olunmuş “Əsərləri dövlət varidatı olan Şair” adlı sərgidə Şairin əsərləri ilə yaxından tanış olub, fikir mübadiləsi ediblər.