05.09.2024
05.09.2024-cü il tarixində Ağstafa rayon Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsi Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi - şair, dramaturq, publisist, tərcüməçi, ictimai xadim Hidayət Orucovun 80 illiyi münasibəti ilə “ Vətənpərvər ziyalı – Hidayət Orucov” başlıqlı tədbir təşkil edib. Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Ramilə Abbasova qeyd etdi ki , Hidayət şairdir, nasirdir, dövlət xadimidir. Onun çoxsaylı və həm də sanballı bədii, poetik, eləcə də publisistik əsərləri geniş oxucu kütləsi tərəfindən sevilə- sevilə oxunur. Qayğıkeşlik onun varlığına hopduğundan o daim xeyirxahlıq etmişdir. Hidayət dəyərli vətəndaşdır, vətən oğludur. Tədbirin sonunda mövzuya uyğun kitab sərgisinə baxış keçirildi.