Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Milli birliyimizin başlanğıcı ”

24.12.2018

24 dekabr 2018-ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə “Milli birliyimizin başlanğıcı” başlıqlı tədbir keçirilmişdir.Tədbirdə Qazax şəhər 5 saylı tam orta məktəbin 1-ci sinif şagirdləri, onların valideyinləri və sinif müəlliməsi Əhmədova Rüxsarə iştirak etmişdirlər.Tədbiri muzeyin direktoru C.Hüseynova açaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş və Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixindən danışaraq  bildirmişdir ki,- “31 dekabr - Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Sonra bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir” Məruzədən sonra söz uşaqlara verilmişdir. Məktəbin şagirdləri Zeynallı Ömər, Xasməmmədov Ömər, Daşdəmirli Dəniz, Mustafayev Çingiz, Nuriyeva Zəhra bayrama həsr olunmuş şerlər söyləmişdirlər. Həmrəylik gününə həsr edilmiş filmin nümayişindən sonra şagirdlər musiqi sədaları altında rəqs etmişdirlər. Qazax rayon Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı tərəfindən hazırlanmış bayram sovqatlarının şagirdlərə verilməsi ilə tədbir sona çatmışdır.