Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Gələcək üçün dünyamızı birlikdə qoruyaq” adlı mütaliə saatı keçirilib

22.08.2024

22 avqust 2024-cü il tarixdə Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi kitabxanası Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamın icrası  ilə əlaqədar olaraq “Gələcək üçün dünyamızı birlikdə qoruyaq” adlı mütaliə saatı  keçirib. Tədbirdə bir qrup tələbə, müxtəlif yaş qrupuna aid oxucular iştirak edib. Oxuculara xidmət şöbəsinin əməkdaşı  bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları haqqında məlumat verib, qeyd edib ki, ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, noyabr ayında Bakıda keçiriləcək BMT- nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29 –cu sesiyası (COP 29) ölkəmizin, xalqımızın beynəlxalq aləmdə nüfuzunun və məsuliyyətinin göstəricisidir. 
Təbiət elmləri haqqında elmi və kütləvi nəşrlərin, ensiklopediyaların, görkəmli şəxsiyyətlərin təbiət haqqında sitatların nümayış olunduğu “Təbiət Allahın şah əsəridir” başlıqlı sərgi oxucular tərəfindən maraqla izlənilib. Ölkəmizin zəngin təbiəti, təbii sərvətləri haqqında olan kitabları mütaliə edib, torpaqlarımızın ərazi bütövlüyünün bərpa edilməsi, talan edilmiş təbii sərvətlərimizin dirçəldilməsi istiqamətində həyata keçirilən layihələr haqqında fikir mübadiləsi aparıblar.