Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Dilimizin ictimai- siyasi mövqeyinin inkişafında Heydər Əliyevin rolu

01.08.2024

01 avqust 2024- cü il tarixində Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  1 Avqust  Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Dilimizin ictimai- siyasi mövqeyinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib. Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova, icra aparatının məsul şəxsləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, ölkəmizin suverenliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib. Mövzuya uyğun “Ana dilimizin tarixi inkişafı” mövzusunda videoçarx nümayiş etdirilib. Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülaya Həsənova, AYB Qazax bölməsinin sədri  Barat Vüsal, BDU Qazax filialında “Dillər, ədəbiyyat və onların  tədrisi metodikası” kafedrasının müəllimi  Əfsanə Həsənli, Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə  Azərbaycan dili və ədəbiyyatı müəllimi  Aynur Sanılı,  Qazax şəhər N.Vəliyev adına 5 nömrəli tam orta məktəbdə  Azərbaycan dili və ədəbiyyatı müəllimi Xəzəngül Məmmədova, Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbdə  Azərbaycan dili və ədəbiyyatı müəllimi Həbibə Məmmədli, Qazax Dövlət Sosial İqtisadi Kollecində Azərbaycan dili və Ədəbiyyat müəllimi Türkan Allahverdiyeva çıxış edərək Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün  tarixi əhəmiyyətindən danışıblar. 
Sonda Qazax rayon İ.Şıxlı adına Kosalar kənd tam orta məktəbin IX sinif şagird Qasımova Sənubər Tofiq Bayramlının “Öz ana dilini bilməyənlərə” , Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin XI sinif şagirdi Hüseynova Əsmər B.Vahabzadənin “Ana dilim”  şeirini səsləndiriblər.