Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuzda ”İnsan alveri ümumbəşəri sosial bəladır” mövzusunda tədbir təşkil edilib

30.07.2024

30 iyul 2024-cü il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuz rayon Mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə İnsan  Alverinə Qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar "İnsan alveri ümumbəşəri sosial bəladır" mövzusunda məlumat saatı təşkil edilib.
 Tədbirdə çıxış edənlər bu günün mahiyyəti barədə ətraflı məlumat verib bildiriblər ki, insan alveri  zor tətbiq etmək hədəsi və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə həyata keçirilən cinayətdir. Bu günün qeyd olunmasında məqsəd insan alverinin mahiyyəti barədə məlumatlılığın artırılması və ictimayyətin diqqətinin insan alverinin qurbanı olan şəxslərin üzləşdiyi problemlərə yönəldilməsidir.