Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda “Heydər Əliyev ideyaları qalib gəlir” adlı tədbir keçirilib

15.07.2024

15 iyul 2024-cü il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası Heydər Əliyevin Azərbaycan KPMK-nin 1-ci Katibi seçilməsinin 55-illiyi (14.07.1969) “Heydər Əliyev ideyaları qalib gəlir” adlı məruzə və sərgi keçirib. Tədbirdə bir qrup tələbələr fəal oxucular və kitabxana əməkdaşları iştirak edib. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban gedən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova  Müasir Azərbaycanın memarı və qurucusu dünya şöhrətli siyasətçi ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, Azərbaycan dövlətçilik tarixində onun misilsiz xidmətləri haqqında məlumat verərək bildirib ki, iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin hər iki sistemdə görkəmli dövlət və siyasi xadim kimi Azərbaycan Respublikasının inkişaf etmiş dövlət kimi möhkəmlənməsində xidmətləri böyükdür. O, prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitlik bərpa olunmuş, mühüm dövlət təsissatları yaradılmışdır. Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib.
Mövzu ətrafında çıxış edənlər qeyd ediblər ki, Heydər Əliyevin rəhbərliyi ilə əhəmiyyətli siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilmiş, 1994-cü ildə 1-ci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi, Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin edən “Əsrin Müqaviləsi ” adlanan neft sazişi imzalanmışdır. Kitabxananın foyesində təşkil edilmiş ”Heydər Əliyev ideyaları qalib gəlir” adlı sərgidə dahi şəxsiyyətin unikal dövlət və mədəni quruculuq təcrübəsini, intellektual və mənəvi irsini əks etdirən kitablarla tanış olublar.