Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi Kitabxanası ”Məhəmməd Füzuli dühası” adlı sərgi təşkil edib

10.07.2024

10 iyul 2024-cü il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası açıq havada "Yay məktəbi" silsiləsindən "Məhəmməd Füzuli dühası" adlı sərgi təşkil edib. Sərgidə "Əzm və iradənin dəmir yumruq birliyi ",  "Sən qalibsən Azərbaycan"  Məhəmməd Füzuli-530, "Məhəmməd Füzuli dühası",  "Yeni kitablar” başlığı altında kitablar nümayiş olunub. "Yay məktəbi" layihəsi üzrə oxucuların asudə vaxtının səmərəli keçirməsi məqsədilə təşkil olunan kitab sərgisində qeyd olunub ki, mütaliə hər bir insanın şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İnsan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, nitq qabiliyyətini artırır, mənəviyyatını zənginləşdirir.
Sərgidə iştirak edən məktəblilər Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan Füzulinin əsərləri və onun haqqında olan materiallarla tanış olub. Poeziyanın mükəmməl nümunələrini yaratmış qüdrətli sənətkarın Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvəti olan əsərləri oxucular tərəfindən maraqla qarşılanıb. Müasir dövrün tələbinə uyğun olaraq yüksək texnoloji avadanlıqlarla təchiz olunmuş kitabxananın oxu zalında əməkdaşlar oxuculara kompyuter biliklərini öyrədib. Oxucuların istəyinə uyğun ədəbiyyatın mütaliəsinə yardımçı olublar.