Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Rayon Mədəniyyət Mərkəzində yubiley tədbiri keçirilib

04.07.2024

Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşı təqaüdə yola salındı.
04 iyul 2024-cü il tarixdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin dəstəyi və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qazax rayon Mədəniyyət Mərkəzində Qazax şəhər 1 nömrəli folklor evinin müdiri, uzun illər mədəniyyət sahəsində çalışan Hüseynov Famil Məhəmməd oğlunun 65 yaşı tamam olması və təqaüdə yola salınması münasibəti ilə tədbir keçirilib. 
Tədbir Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbiri giriş sözü ilə MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov açaraq Famil Hüseynovu 65 illik yubileyi münasibəti ilə təbrik edib. Ona uzun ömür can sağlığı arzulayıb. O, eyni zamanda Həmkarlar İttifaqının hər bir mədəniyyət işçisinə gösrərdiyi diqqət və qayğıdan danışıb. 
Tədbirdə çıxış edən Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev Famil Hüseynovun mədəniyyət sahəsindəki xidmətlərindən, çalışdığı müddətdə həmkarlarının,  kollektivin hörmət və rəğbətini qazanmasından  danışaraq ona bundan sonrakı həyatında da uğurlar arzulayıb. 
Digər çıxış edənlərdən Məfrubə Mehdiyeva, Nailə Abdullayeva, Səidə Eyubova,  Gülşən Əhmədova, Ərkinaz Əliyeva da bu münasibət ilə Famil Hüseynovu  təbrik edərək, işlədikləri müddət ərzində onunla bağlı olan xoş xatirələrindən danışıblar. 
Sonda Famil Hüseynova MİHİ Qazax rayon komitəsinin hədiyyəsi və Fəxri Fərmanı verilib, yubilyarla xatirə şəkli çəkilib.