Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanasında ”Qalib Azərbaycanın Zəfər yolu” adlı dəyirmi masa keçirilib

05.07.2024

5 İyul 2024-cü il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında Azərbaycan Respublikasında Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən "Qalib Azərbaycanın Zəfər yolu" adlı dəyirmi masa keçirilib. Öncə Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda qurban gedən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbə müdiri Bəsdi Məmmədova bildirmişdir ki, Prezident İlham Əliyevin apardığı səmərəli iqtisadi siyasət və enerji siyasəti nəticəsində əldə edilən uğurlar Azərbaycanın həm iqtisadi, həm də siyasi cəhətdən regionun lider ölkəsinə çevirərək, dünya iqtisadi sistemində mövqeyini gücləndirmişdi. Ölkənin iqtisadi uğuru hərbi potensialının artmasına təkan verdi və Azərbaycan xalqının uzun illər ən ağrılı problemi olan Qarabağ məsələsi öz həllini tapdı. Zəfər yolunda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ölkənin əldə etdiyi nailiyyətlər və hazırda Qarabağın bərpası ilə bağlı işlər xalqımızın tarixinə qızıl hərflərlə yazılır.
Tədbirdə mövzu ətrafında çıxış edənlər qeyd ediblər ki, azad edilmiş ərazilərin bərpası istiqamətində ölkə başçısının həyata keçirdiyi siyasət ötən illərdə olduğu kimi gələcəkdə də Azərbaycanın həm siyasi həm də iqtisadi baxımından möhkəmlənməsinə, əhalinin rifah halının yüksəlməsinə və davamlı inkişafın təmin edilməsinə imkan verəcəkdir.
Tədbir iştirakçıları "Getdiyin bu şanlı yol Ulu Öndər yoludur! ", "Sən Qalibsən Azərbaycan!" adlı kitab sərgisi ilə tanış olub fikir mübadiləsi ediblər.