Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxanası ”Oxuyaq və oxudaq” mövzusunda səyyar kitab xidməti təşkil edib

04.07.2024

04 iyul 2024-cü il tarixində Tovuz rayon Mərkəzi kitabxanası Tovuz  Regional  "Asan Xidmət" mərkəzində gənclərin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar "Oxuyaq və oxudaq" mövzusunda gənc könüllülərlə diskusiya və səyyar kitab xidməti təşkil edib.
Tədbirdə gənc könüllülərlə savadlı, intellektual və sağlam düşüncəli gəncliyin formalaşmasında mütaliənin müsbət rolu haqqında fikir mübadiləsi aparılıb. Həmçinin onların mütaliə marağı dinlənilib və kitabxana fondundakı uyğun ədəbiyyatlar barədə məlumat verilib. Sonra isə mərkəzin əməkdaşlarına və gənc könüllülərə səyyar kitab xidməti göstərilib.