12.06.2024
12 iyun 2024-cü il tarixində "İnsan hüquqları aylığı" çərçivəsində Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları N. Tusi adına liseydə "Hüquqlarımızı bilməli və qorumalıyıq" adlı tədbir təşkil edilib. Muzeyin əməkdaşı İsmayılova Lamiyə çıxış edərək bildirib ki, cəmiyyətin üzvü olaraq bizlər fərdlər arasında ictimai münasibətlər həyatımızın bütün aspektlərini əhatə etdiyindən həmin münasibətlərin hüquqi cəhətdən nizama salınmasına hər zaman ehtiyac var.