06.06.2024
06 iyun 2024 -cü il tarixində Gənclərin Asudə vaxtlarının səmərəli təşkili ilə əlaqədar olaraq Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində gənclərlə görüş təşkil edildi. Muzeyin direktoru Qasımova Günel çıxış edərək bildirdi ki, gəncliyin inkişafı, onların problemlərinin həlli və prespektivdə atılacaq addımlar dövlətimizin bu təbəqəyə olan xüsusi diqqətinin nümunəsidir. Daha sonra isə muzeyin bələdçisi Alıyeva Səbinə gənclərə muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumat verdi.