Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan- Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir.

11.12.2018

  11 dekabr 2018-ci il tarixdə Qazax rayon Heydər Əliyev Mərkəzində bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə çalışmış Ümummilli liderin anım günü ilə əlaqədar “Azərbaycan- Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir” başlıqlı ədəbi bədii kompozisiya təşkil edilmişdir.Tədbir Qazax rayon Daş Salahlı kənd 1 saylı tam orta məktəbin şagird və müəllim kollektivinin birgə təşkilatçılığı ilə keçirilmişdir.İlk olaraq tədbiri muzeyin baş fond mühafizi Səidə Qocayeva açaraq Heydər Əliyevin Azərbaycanın müstəqilliyinə aparan keşməkeşli yolda yaşadığı məhrumiyyətlərdən danışaraq bildirmişdir ki,-“Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi Birinci dövrlə İkinci dövr arasındakı illər, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri kimi qaldı. Bu zaman vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev xalqın səsinə səs verdi və doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi. ”Daha sonra Məktəb şagirdlərinə söz verilmiş, Daş Salahlı kənd tam orta məktəbin şagirdləri Ulu Öndərə həsr etdikləri şer və kompozisiyaları təqdim etmişdirlər. Heydər Əliyevə həsr olunmuş film nümayişi və muzeyin ekskursiyası ilə tədbir başa çatdırılmışdır.