05.06.2024
Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı şəhər kitabxana filialı tədbirlər planına uyğun olaraq Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar 05.06.2024-cü il tarixdə Nəriman Nərimanov adına şəhər tam orta məktəbin şagirdləri ilə birlikdə “Təbiəti, gələcəyimizi mühafizə edək” başlığı altında tədbir təşkil edib. Kitabxana filialının müdiri bildirib ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 1948-ci ildən etibarən, dünyanın bir çox ölkəsində qeyd olunub. Daha sonra o, məktəblilərə təbiətdə olan yaşıllıqların , o cümlədən ağacların insan həyatı üçün nə qədər vacib olduğu bildirib. Mövzu ilə bağlı tərtib olunmuş kitab sərgisinə baxış keçirilib.