Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş “Siqaretdən uzaq dur!”  adlı səyyar sərgi keçirilib

31.05.2024

31 may 2024-cü il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası  S.Vurğun adına şəhər istirahət parkında Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş “Siqaretdən uzaq dur!”  adlı səyyar sərgi keçirib. Rayon ictimaiyyətinin, yeniyetmə və gənclərin geniş marağına səbəb olan sərgidə insan saglamlığına ciddi zərər verən, ruhən və fiziki cəhətdən mənfi təsirləri olan nikotin, alkoqol içkilər, narkotik vasitələr və psixotrop maddələr və onun fəsadları haqqında materiallar nümayiş olunub. Mövzuya həsr olunmuş stenddə  “Siqaretdən uzaq dur!”, “Nikotin nədir? Nə kimi zərəri  var?”,  “Siqaret öldürər!”, “Narkomaniyaya  “Yox”  deyək!”  və.s  başlıqlı bölmələrdə  maarifləndirici şəkillər, məlumatlar, kitab və kitabçalar nümayiş olunub. Gün boyu davam edən sərgidən  80-dən çox şəhər sakini, xüsusilə də yeniyetmə gənclər bəhrələnib. Sərgi ətrafında kitabxana əməkdaşları gənclərlə  maarifləndirici söhbətlər aparıb, mənfi vərdişlərin insan orqaniziminin bütün orqanlarına toksiki təsirindən, ürək-damar, sinir sistemi xəstəliklərini yaratmaqla onları mənən və ruhən öldürməsi haqqında məlumatlar verib, pis vərdişlərdən xilas olma yolalrı barədə məlumatlandırıcı materiallar tövsiyə ediblər.
31 may 2024-cü il tarixdə Mərkəzi kitabxananın  Uşaq şöbəsi  açıq havada   "Siqaretə son qoyaq" adlı aksiya və sərgi keçirib. Gün ərzində təşkil olunmuş sərgi və aksiyada  kitabxanaçılar və fəal oxucular " Siqaret qutunu təhvil ver, əvəzində süd və ya dondurma al!" adlı kampaniyada fəal iştirak ediblər. Şöbənin əməkdaşları sərgi və aksiya iştirakçıları ilə  tütündən istifadənin zərəri və ətraf  mühitdəki  tütün  tüstüsünün  ziyanlı təsiri barədə maarifləndirici söhbət aparlblar.