31.05.2024
31 may 2024-cü il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanası S.Vurğun adına şəhər istirahət parkında Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş “Siqaretdən uzaq dur!” adlı səyyar sərgi keçirib. Rayon ictimaiyyətinin, yeniyetmə və gənclərin geniş marağına səbəb olan sərgidə insan saglamlığına ciddi zərər verən, ruhən və fiziki cəhətdən mənfi təsirləri olan nikotin, alkoqol içkilər, narkotik vasitələr və psixotrop maddələr və onun fəsadları haqqında materiallar nümayiş olunub. Mövzuya həsr olunmuş stenddə “Siqaretdən uzaq dur!”, “Nikotin nədir? Nə kimi zərəri var?”, “Siqaret öldürər!”, “Narkomaniyaya “Yox” deyək!” və.s başlıqlı bölmələrdə maarifləndirici şəkillər, məlumatlar, kitab və kitabçalar nümayiş olunub. Gün boyu davam edən sərgidən 80-dən çox şəhər sakini, xüsusilə də yeniyetmə gənclər bəhrələnib. Sərgi ətrafında kitabxana əməkdaşları gənclərlə maarifləndirici söhbətlər aparıb, mənfi vərdişlərin insan orqaniziminin bütün orqanlarına toksiki təsirindən, ürək-damar, sinir sistemi xəstəliklərini yaratmaqla onları mənən və ruhən öldürməsi haqqında məlumatlar verib, pis vərdişlərdən xilas olma yolalrı barədə məlumatlandırıcı materiallar tövsiyə ediblər.
31 may 2024-cü il tarixdə Mərkəzi kitabxananın Uşaq şöbəsi açıq havada "Siqaretə son qoyaq" adlı aksiya və sərgi keçirib. Gün ərzində təşkil olunmuş sərgi və aksiyada kitabxanaçılar və fəal oxucular " Siqaret qutunu təhvil ver, əvəzində süd və ya dondurma al!" adlı kampaniyada fəal iştirak ediblər. Şöbənin əməkdaşları sərgi və aksiya iştirakçıları ilə tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə maarifləndirici söhbət aparlblar.