31.05.2024
31 may 2024-cü il tarixdə 1 İyun Uşaqların Beynəlxalq müdafiəsi günü ilə əlaqədar Ağstafa rayon Mərkəzi kitabxananın Uşaq Şöbəsi "Sabahımız sizinlədi əziz uşaqlar" adlı tədbir təşkil edib.
Öncə körpə fidanların ifasında Azərbaycan Respublikası Dövlət Himni dinlənilib. Kitabxananın əməkdaşı Aygün Əliyeva uşaqları təbrik edərək qeyd etdi ki,
Azərbaycanda uşaqların yaşayış və inkişaf səviyyəsini yaxşılaşdırmaq üçün qəbul olunan dövlət proqramları, məktəbəqədər təhsil müəssisələrinin müasir üslubda yenilənməsi, uşaqların istirahəti üçün əyləncə parklarının salınması gələcəyimiz olan körpələrin dünyagörüşü və sağlamlığı ilə bağlıdır. Sonda sevimli fidanlar üçün şeirlər, mahnılar səsləndirildi və hamı ilə birlikdə bayram tortu kəsildi.