Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində ”Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib

31.05.2024

31.05.2024 cü il tarixində Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Uşaqlar  bizim gələcəyimizdir" adlı tədbir keçirilib. Tədbirdə M.Hüseyn adına məktəb liseyin 5-ci sinif şagirdləri iştirak ediblər. İlk öncə muzeyin bələdçisi Arzu Alıyeva qeyd edib ki, Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.Ona görə də bu ,bizim müqəddəs borcumuzdur.Tədbirin sonunda məktəblilər  vətənpərvərlik mövzusunda şeirlər söylədilər.