Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkir rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Uşaqlar gülərsə, dünya gülər” adlı tədbir təşkil edib

31.05.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tədbirlər planına uyğun olaraq 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 31.05.2024-cü il tarixdə 4 saylı körpələr evi-uşaq bağçasında "Uşaqlar gülərsə, dünya gülər" başlığı altında tədbir təşkil edib. Uşaq şöbəsinin əməkdaşı Səbinə Əhmədova uşaqları bayram münasibətilə təbrik edib, körpə fidanlara bir-birindən maraqlı nağıllar oxuyub.Mövzu ilə bağlı tərtib edilmiş sərgiyə baxış keçirilib.