27.05.2024
Şəmkir rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi Müstəqillik Günü münasibətilə 27.05.2024-cü il tarixdə “Bir kərə yüksələn bayraq bir daha enməz!” adlı tədbir keçirib. Kitabxananın əməkdaşı Türkan Rüstəmova çıxış edərək bildirib ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılmışdır. Bu respublika millətimizin tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan bu cümhuriyyət Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Mövzu ilə bağlı videoçarx izlənilib və tərtib edilmiş sərgiyə baxış keçirilib.