27.05.2024
Şəmkir şəhər uşaq musiqi məktəbinin Tədbirlər Planına uyğun olaraq 27 may 2024-cü il tarixində Şəmkir şəhər Mədəniyyət mərkəzinin böyük zalında 28 May-Müstəqillik Günü münasibəti ilə böyük tədbir keçirildi. Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarında keçmiş Şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Tədbirin aparıcısı Günel Əkbərli çıxış edərək qeyd etdi ki, bu gün biz çox xoşbəxtik ki, Müstəqillik Gününü bütöv Azərbaycan vətəndaşı kimi qeyd edirik.
Tədbir musiqi məktəbinin şagird və müəllimlərinin ifasında konsert proqramı ilə davam etdi.