8.12.2018- cil il tarixdə Azərbaycan xalqının dahi oğlu, ən böyük Azərbaycanlı, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax rayon Heydər Əliyev mərkəzində N saylı hərbi hissənin bir qrup əsgər və zabitlərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev- daim zəfər çalan fateh!” başlıqlı tədbir keçirilmişdir. Tədbir əsgər və zabitlərin Ulu Öndərin abidəsinin ziyarəti ilə başlamıəş, sonra Muzeydə davam etdirilmişdir. Muzeyin baş fond mühafizi Səidə Qocayeva tədbiri açaraq Heydər Əliyevin Azərbaycanda ordu quruculuğu sahəsindəki xidmətlərindən danışmış və bildirmişdir ki,-“Müstəqil azərbaycanda nizami ordu quruculuğu Heydər Əliyevin adı ilə bağlıdır.Əslində güclü hərb ənənəsinə malik olsa da ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra bu sahədə ciddi böhranla üzləşmişdi.Lakin 1993- cü ilin sonlarında ölkəmizdə peşəkar ordu quruculuğunun əsası qoyuldu.Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqət yönəltdi.Bu gün Qafqazın ən müasir ordusu hesab olunan Azərbaycan milli ordusu potensial rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır.Büdcə vəsaiti ildən-ilə artan Azərbaycan Silahlı qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənməkdədir.”Daha sonra Heydər Əliyevin əbədi xatirəsini yad etmək üçün “Heydər Əliyev- daim zəfər çalan fateh” filminin nümayişi olmuşdur. Heydər Əliyevə həsr olunmuş kitab və jurnallardan ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir başa çatdırılmışdır.