18.05.2024
18 may 2024-cü il tarixində M.P.Vaqif və M.Vidadinin Xatirə Muzeyində "Muzeylər milli sərvətimizdir" adlı tədbir keçirilib. Tədbirdə şair Bilal Qoca, Tamella Poladlı və 1 saylı musiqi məktəbinin şagirdləri Sənan Əsgərli və Yavər Abdıyev iştirak ediblər. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Məhruzə Hüseynova bildirib ki, Mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. 1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının konfransında təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.
Əlamətdar gün hər il ICOM-un tövsiyəsi ilə müəyyən bir deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Muzeylər təhsil və tədqiqatdır” devizi seçilib.
Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə muzeylərdə “Açıq qapı” günü elan olunur.
Daha sonra şairlər və muzeyin əməkdaşları sazın müşayətilə şeirlər səsləndiriblər.