10.05.2024
10 may 2024- cü il tarixdə Qazax şəhər 2 nömrəli Uşaq Musiqi məktəbi Mədəniyyət İşçiləri Həmkarlar ittifaqı Qazax rayon komitəsinin dəstəyi ilə birgə Ümummilli Lider Heydər Əliyevin 101 illiyi ilə əlaqədar "Dahi sərkərdə" adlı tədbir keçirdi. Tədbir Qazax rayon Mədəniyyət mərkəzinin zalında təşkil olundu.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra məktəbin direktoru Ramil Qurbanov çıxış edərək Ümummilli Lider haqqında geniş çıxış etdi.
Tədbirin davamında MİHİ Qazax Rayon komitəsinin sədri İsgəndər Qurbanov çıxışında Dahi Liderin gördüyü ugurlu işlərdən danışdı. Tədbirin yekununda məktəbin qabiliyyətli şagirdlərinə Diplomlar təltif olundu və həmin şagirdlərin ifaları dinlənildi.