Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayonunda 3 dekabr Ümumdünya Əlillər günü qeyd olundu.

03.12.2018

3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Tovuz şəhəri  “Şam bağı” istirahət mərkəzində tədbir keçirildi. İlk öncə tədbir iştirakçıları əlil Gülzar Əliyevanın əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı və aparat işçiləri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ictimai birliyinin Tovuz rayon şöbəsinin sədri Əli Əliyev, Qarabağ müharibəsi əlili Sahib Rüstəmov, əlil Gülzar Əliyeva çıxış edərək dövlətimizin əlillərə göstərdiyi qayğıdan məmnun olduqlarını, cənab Prezidentin həyata keçirdiyi sosial yönümlü siyasətdən razılıqlarını bildirdilər.
Tədbirdə rayon icra hakimiyyəti adından əlillərə hədiyyələr paylandı. Əlillər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sonra tədbir Tovuz rayon Mədəniyyət Mərkəzi və Musiqi məktəbinin birgə hazırladıqları konsert proqramı ilə davam edib.