10.05.2024
Şəmkirdə Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı tədbir keçirilib.
Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri və ictimaiyyəti iştirak edib.
Tədbirdə Ümummilli Liderin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və çoxşaxəli fəaliyyəti, Azərbaycanın iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələri üzrə gördüyü işlərdən danışılıb, dünya miqyaslı dövlət xadiminin atdığı addımlar minnətdarlıq hissi ilə xatırlanıb.
Tədbirin davamında Ulu öndərin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.