Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şücaət dolu bir Tarix...

03.04.2024

Aprelin 3-də Qazax- Tovuz Regional Mədəniyyət İdarəsi Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzində Aprel Döyüşlərinin8-ci ildönümü ilə bağlı, "Şücaət dolu bir Tarix..." adlı anım günü tədbiri keçirilib.

Mövzu ilə bağlı çıxış edənlərin hər biri ayrı- ayrılıqda Azərbaycanın Milli Ordusunun bu dördgünlük hərbi əməliyyatda keçdiyi şərəfli döyüş yolundan, onun böyük strateji əhəmiyyətindən söhbət açıblar. Sonra isə tədbir iştirakçıları şəhidlər xiyabanına yürüş edərək vətən uğrunda canlarından keçən şəhidlərin məzarına tər qərənfillər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Şəhidlər ölməz,

Vətən bölünməz!