Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gədəbəydə ”Biz Heydər Əliyev irsini öyrənirik” kursunu bitirmiş gənclərlə görüş təşkil olunub

03.04.2024

03.04.2024-cü il tarixdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində 2024-cü ilin tədbirlər planına uyğun olaraq "Biz Heydər Əliyev irsini öyrənirik" kursunu bitirmiş gənclərlə görüş təşkil olunub. Görüşdə Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru və Qazax-Tovuz Regional Mədəniyyət idarəsinin Gədəbəy rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Ramiz Məmmədov da iştirak ediblər. Tədbirdə kursu təşkil edən Mərkəzin elmi işçisi Zamiq Söyünov layihə haqqında ətraflı məlumat verib.Daha sonra Mərkəzin direktoru Pərviz Bayramov da gənclərlə səmimi söhbət apararaq Ulu Öndər irsinin öyrənilməsinin və təbliğ olunmasının vacibliyindən danışıb, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzu edib. Ramiz müəllim də öz növbəsində gənclərə müvafiq tövsiyyələr verərək, Heydər Əliyevin Azərbaycan gəncliyinə, təhsilimizə verdiyi töhfələrdən danışıb.Tədbirin sonunda kursu bitirən gənclər fəxri fərman və diplomlarla təltif olunub. Eyni zamanda Mərkəzin əməkdaşı Günel Məmmədova gənclərə Mərkəzin muzey hissəsində Ulu Öndərin zəngin, çoxşaxəli həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verib.