Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir!

03.04.2024

3 aprel 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E. Hüseynov adına Mərkəzi kitabxanası “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir!” adlı tədbir keçirib. Hərbi tariximizin parlaq səhifəsi olan Aprel döyüşlərinə (02-05.04.2016) həsr olunmuş tədbirdə kitabxana əməkdaşları, bir qrup gəncin iştirakı ilə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid olan Mühüd Qurban oğlu Orucovun və Azərbaycan Silahlı Qüvvələrinin zabiti - baş leytenant, 2016-cı ildə Aprel döyüşləri zamanı Şəhid olan Elvin Məmməd oğlu Namazovun Qazax şəhərində xatirələrinə ucaldılmış Abidə-bulaq kompleksini ziyarət edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, tər güllər düzülüb, ruhuna dualar oxunub. 

Şöbə müdirləri böyük Zəfərin başlanğıcı olan Aprel döyüşləri, tariximizə “Dördgünlük müharibə” adı ilə düşən şərəfli gün haqqında ətraflı məlumat verib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir!” qiymətli fikirlərini nəzərə çatdırmaqla bildiriblər ki, Aprel döyüşləri zamanı Rəşadətli Azərbaycan Ordusunun qüdrəti, milli ruhlu vətənpərvər əsgər və zabitlərimizin döyüş ruhu, fədakar xalqımızın dövləti ilə birliyinin gücü nümayiş olunduğu döyüşlərdə qəhrəmancasına Şəhid olanlar arasında Qazax rayonunun üç vətənpərvər igid oğlu da – kapitan Mühüd Qurban oğlu Orucov, baş leytenant Elvin Məmməd oğlu Namazov və əsgər Orxan Məhəmməd oğlu Əliyev əbədi yaşarlıq qazanmışlar. Vətən yolunda qurban gedən Şəhidlərin müqəddəs xatirəsi əbədi qəlbimizdə yaşayacaqdır