Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı

03.04.2024

03.04.2024 -cü il tarixində Qazax rayon Tarix Diyarşünaslıq Muzeyində"Aprel döyüşləri - Böyük Zəfərin başlanğıcı" adlı dəyirmi masa keçirilib.Aprel döyüşləri şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Muzeyin direktoru G.Alişanova çıxış edərək bildirib ki, 2016- və il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks - həmlə ilə təxribatların qarşısını aldı.Bu aprel döyüşləri kimi tarixləşdi. Bütün dünyaya Azərbaycan ordusunun gücünü,qələbə əzmini ədalətin bərpa olunacağını göstərən Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi. Həmin döyüşlər zamanı Qazaxın 3 mərd oğlu şəhidlik zirvəsinə ucaldı. Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu,və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu . Suverenliyimizin bərpa olunmasında Şəhid olmuş Vətən oğullarımızın əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.