Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda Gənclərin Beynəlxalq Həmrəyliyi günü qeyd edildi

24.04.2024

24.04.2024-cü il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində Gənclərin Beynəlxalq Həmrəylik gününə həsr edilmiş " Gənclərin dünyada sülh naminə həmrəyliyi vacibdir" adlı tədbir keçirilib. Tədbirdə Qazax Dövlət Sosial İqtisad Kollecinin tələbləri olmaqla bir qrup gənclər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq bildirib ki, ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət, gənclər siyasəti həyata keçirilir.   Bu gün düzgün tərbiyə olunmuş, təhsil almış, öz biliyi, bacarığı daxilində hər hansı bir peşəyə yiyələnmiş, zəkalı, bacarıqlı gənclərimiz var ki, onlar millətin, dövlətin inkişafına müsbət təsirlər edərək, Respublikamızı xarici ölkələrdə tanıdırlar. 

Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva qeyd edib ki, bu gün ölkəmizdə gənclər yüksək vətənpərvərlik ruhuna malikdir. Sosial-siyasi həyatın bütün sahələrinə nəzər salsaq, orada gənclərin əksəriyyət təşkil etdiyini görərik. 

Tədbirdə çıxış edən gənclər də çıxışlarında bildiriblər ki, bu günün əhəmiyyəti çox böyükdür. Belə ki, dünyanın ayrı-ayrı ölkələrində yaşayan azərbaycanlılarla, eyni zamanda dinindən və irqindən aslı olmayaraq hər bir gənclə  əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.