Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəmkirdə Albert Aqarunovun anadan olmasının 55-ci ili ilə bağlı tədbir keçirildi

25.04.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anadan olmasının 55 illiyi ilə əlaqədar olaraq 25.04.2024-cü il tarixdə "Vətən qəhrəmanlarını unutmur" adlı tədbir təşkil edib.Torpaqlarımızın azadlığı uğrunda əziz canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra kitabxananın əməkdaşı Nailə Budaqova bildirib ki, Qarabağ müharibəsi başlayarkən Aqarunov cəbhəyə könüllü yazılıb.Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb Aqarunov 1992-ci ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.A.Aqarunov Bakıda Şəhidlər xiyabanında dəfn edilib.Milli Qəhrəman haqqında videoçarx izlənilib.Sonda tərtib edilmiş kitab sərgisinə baxış keçirilib.