25.04.2024
25 aprel 2024-cü il tarixində Tovuz rayon Mərkəzi kitabxanasında yazıçı, ssenarist Qılman İlkinin anadan olmasının 110 illiyi ilə əlaqədar yazıçının əsərlərinin biblioqrafik icmalı təşkil olunub.
Tədbirdə yazıçının həyat və yaradıcılığı barədə geniş məlumat verilib və bildirilib ki, müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Qılman İlkinin yaradıcılığında tarixilik, vətənpərvərlik və tərbiyəvi mövzular xüsusi yer tutur. O, 60 ildən artıq bir dövr ərzində çox sayda hekayə, povest və romanlar qələmə almışdır. Əsərləri xarici dillərdə çap edilmiş, 50-dən çox kitabı işıq üzü görmüşdür. "Həyat yollarında", "Sən Bakını tanıyırsanmı?", "Bakı və bakılılar", "Tovuz lələyi",
"Dağlı məhəlləsi", "Dəniz həmişə göy olmur" əsərləri oxucular tərəfindən maraqla qarşılanır.